İcra başçılarının səyyar qəbulları: yeniliklər tətbiq edilsin ya…
Etiraf etməliyik ki, bu gün rayon icra hakimiyyəti başçılarında elə də ciddi səlahiyyət qalmayıb. Bəzən bələdiyyələrə qarşı “səlib yürüşünə” başlanılmasının da kökündə məhz bu məqam dayanır, desəm, yəqin ki, yanılmaram. Əslində əvvəlki səlahiyyət yükünün bu gün qalmamasında özlərinin də günahları az deyil. Prosesi diqqətlə izlədikçə yerli idarəetmənin regional səviyyəyə keçəcəyinə ümidim ilbəil artır.
Bu gün demək olar ki, bütün mərkəzi icra orqanlarının
regional idarəetməyə keçid etməsi nəticədə RİH başçısının ən sadə idarə-müəssisə
rəhbərinə, hətta bağça müdirinə və məktəb
direktoruna hansısa sözü deməsinə sanki "veto qoyub". Bu gün icra
başçısı hansısa orqanın rəhbərinə söz demək səlahiyyəti yoxdursa, onda vəziyyət
bir qədərdə qəlizləşir. Ancaq onu da etiraf edək ki, səlahiyyətlərində
azalmalar, özü də ciddi şəkildə azalmalar olsa da, bütün hallarda “bacarığı
olanlar əməlli başlı çalışır". Ya otel (moteldə ola bilər) tikir, ya
hansısa ictimai iaşə obyekti açır, ya da ağıla gəlməyən bir sahənin inkişafına
maraq göstərir. Və nəticədə əvvəlkilər
kimi olmasa da, hər halda bir “iş görürlər”. Olsun. Bu məqamda onu da əlavə
edim ki, dövlətinə sədaqətlə xidmət edənlərin bəziləri bu addımlarından qazandıqlarının
80 faizini məhz rəhbərlik etdiyi rayonda vətəndaş məmnunluğunun təmin edilməsinə
xərcləyir.
Ancaq bu gün bir sıra siyasi rəhbərlərin özlərinin şəxsi məsələlərindən
başqa, idarəetmə sahəsində yenilyə can atmaması, yeniliyin tətbiq edilməsinə maraq göstərməməsi təəssüf hissi doğurur.
Yeri gəlmişkən, bir məqama toxunmaq istərdim. Elə səyyar vətəndaş
qəbullarını götürək. Sual olunur, niyə bu qəbullar barəsində statistik məlumatlar
paylaşılmır. Yəni rüb və ya yarım il ərzində RİH tərəfindən necə nəfər qəbul
edildi, onların neçəsinin qaldırdığı problem öz həllini tapdı, həllini tapan məsələlər
daha çox sahə ilə bağlı olub. Və sair, və ilaxır.
Sözüm ondadır ki, beş il əvvəldə, indi də səyyar vətəndaş qəbulları eyni formatda
təşkil edilir. Prosesdə hansısa yenilik tətbiq edilmir. Əgər qəbullar
rayon səviyyəsində təşkil edilirsə, onda rayon hüquq-mühafizə orqanlarının rəsmiləri, yəni söz sahibləri niyə belə görüşlərə
dəvət edilmir. Və belə görüşlərdə tam tərkibdə iştirak etmir.
Və yaxud hansı səbəbdən bütün qəbullarda birinci cərgədə
yalnız RİH rəsmiləri əyləşməlidir. Əgər bu qəbul vətəndaş üçündürsə onda vətəndaş
nədən arxa planda oturmalıdır. Sözsüz ki, prosesə hazırlığın olmasının mən tərəfdarıyam.
Ancaq vətəndaşın arxa cərgələrdən boylanaraq prosesi izləməsinə yaxşı hal kimi
baxmıram.
Düşünürəm ki, RİH başçılarının səyyar vətəndaş qəbullarına
ciddi yanaşılmalı, yeniliklərin tətbiqinə meydan verilməli, müəyyən standartdan
kənara çıxılmalı və ən əsası bu qəbullarla bağlı müəyyən hesababatlar ictimailəşdirilməlidir.
Yəni sosial şəbəkədən istifadə edən vətəndaş bilməlidir ki, icra başçısının qəbulu
nə vaxtdır, qəbul harada keçiriləcək və qəbulda kimlər iştirak edəcəkdir.
Bununla yanaşı deməliyəm ki, rüb ərzində qəbullarla bağlı müəyyən statistik məlumatların
paylaşılması nəticədə RİH-in azalan nüfuzunun bərpasına kömək etmiş olacaqdır.
Onu da əlavə edim ki, RİH başçısının hesabat yığıncağından
hansısa məmurun icra başçısının hansısa fikrini guya gizli çəkliş edib, sosial
şəbəkədə paylaşılması yenilik kimi qəbul edilə bilməz. Çünki icra başçısının, xüsusən
də kiminsə barəsində dediyi sözün çəkilib
paylaşılmasını 7-77-dək hər kəs “qurama iş” olduğunu başa düşür. Buna yenilik
demək olmaz. Bu addımın təşklini icra başçısı kimisə “vurmaq” üçün istifadə
edirsə, yanılır, əslində belə addımlar hər
zaman əks reaksiya verir. Bir məqamı məndə xüsusilə vurğulayım ki, siyasi rəhbərlər
belə ucuz reklama getməsinlər, ictimaiyyət tərəfindən belə addımlar müsbət qəbul
edilmir. Nə isə…
Beləliklə, biz yazdıq. İnanıram ki, RİH-lərdə çalışanlar oxuyub özləri nəticə çıxaracaqlar.
Vüqar Tofiqli
Rəylər
0 Rəy